Türkiyədə daha bir güclü zəlzələ oldu

Dünya
15:47 / 03.06.2025
4912
Türkiyədə zəlzələ olub.
Sfera.az AFAD-a istinadən xəbər verir ki, zəlzələ Ege dənizinin Girit sahillərində baş verib.
5 maqnitudalı yeraltı təkan 5.39 km dərinlikdə baş verib.
Qeyd edək ki, bu gecə Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ baş verib. Nəticədə 14 yaşlı qız dünyasını dəyişib.