Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi


Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.

 

Sfera.az xəbər verir ki, səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayaraq rəqibi Helga Şmidti geridə qoyub.

 

Yeni seçilmiş prezident çıxışında fəaliyyət dövründəki əsas prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, təşkilatın 21-ci əsrin tələblərinə uyğunlaşdırılması və üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulması başlıca məqsədlərindən biri olacaq.

 

Berbok eyni zamanda, “Gələcək üçün Pakt”ın əhəmiyyətini vurğulayıb və BMT-nin hər kəsi əhatə edən qlobal təşkilat kimi gücləndirilməsinin vacibliyini qeyd edib.

 

Qeyd edək ki, Berbok sentyabr ayında vəzifəsinin icrasına başlayacaq və bir il ərzində BMT Baş Assambleyasına rəhbərlik edəcək. O, Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın, ümumilikdə isə bu vəzifəyə seçilmiş beşinci qadındır.


OXŞAR XƏBƏRLƏR

Benzia və Veşoviç “Qarabağ”dan gedir?

“Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yolları ayıracağı gözlənilir.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi əlcəzairli yarımm...

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.   Sfera.az&...

Gənclərdə xərçəng artır: Alimlər səbəbləri açıqladı

Son 50 ildə dünyada xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, 50 yaşdan aşağı şəxslər arasında xərçəngə tutulma hallarında ciddi artım müşahidə ol...

Bakının mərkəzində daha bir məşhur restoran sökülür

Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, ərazidə yerləşən "X...

Məhəmmədi gölündə balıqlar kütləvi tələf oldu - VİDEO

  Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kən...

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası ...