İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayır

Bu gün İstanbulun Çırağan Sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında atəşkəs danışıqları keçiriləcək. Görüşə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan rəhbərlik edəcək. Danışıqlarda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının da iştirak edəcəyi gözlənilir.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, üçtərəfli – Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşün saat 13:00-da başlaması planlaşdırılır. Görüş öncəsi Çırağan Sarayında yüksək təhlükəsizlik tədbirləri görülüb.


Rusiya və Ukrayna heyətinə daxil olan nümayəndələr də artıq bilinir. Rusiya tərəfini danışıqlarda Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Xarici işlər nazirinin müavini Mixail Qaluzin, Müdafiə nazirinin müavini Aleksandr Fomin, Baş kəşfiyyat idarəsinin rəhbəri İqor Kostyukov təmsil edəcək.


Ukrayna heyəti Müdafiə naziri Rustem Umerovdan, Xarici işlər nazirinin birinci müavini Sergey Kisliçadan, Təhlükəsizlik xidmətinin sədr müavini Oleksandr Pokladdan və Xarici kəşfiyyat xidmətinin rəhbərinin birinci müavini Oleq Luxovskiydən ibarət olacaq.


Danışıqlardan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubi ilə telefonla əlaqə saxlayaraq Ukrayna böhranının həlli yollarını müzakirə edib.


İstanbulda keçiriləcək görüş, tərəflər arasında sülhə doğru atılan növbəti diplomatik addım kimi qiymətləndirilir.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...

Keniyada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTO

Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşl...