"Avropa mane olur, Tramp sülh istəyir" - AÇIQLAMA

"Avropa mane olur, Tramp sülh istəyir" - AÇIQLAMA

Ukrayna Rusiyanın strateji bombardmançı təyyarələrin saxlandığı hərbi bazalara hücum edib və 40 dan çox təyyarə məhv edilib. Bu əməliyyat il yarım əvvəldən hazırlanıb. 


Belə əməliyyatların ABŞ-nin razılığı və informasiya dəstəyi olmadan icra etməyin çətin olduğunu bildirən iddialar var. Əməliyyatın danışıqlardan öncə icra edilməsi təsadüfidirmi? Yoxsa bu ABŞ-nin Rusiyaya bir mesajıdır?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov əməliyyatların ABŞ-nin iştirakı olmadan baş tutmasının çətin olmadığını deyib.

 

 

Onun sözlərinə görə, əgər Vaşinqton bu prosesdə iştirak etmirsə, Avropanın rolu daha ön plana çıxır və bu ehtimal daha real görünür:

 

“Çünki ABŞ-dən fərqli olaraq, Avropa münaqişənin sona çatmasını arzulamır. İstanbul danışıqları ərəfəsində baş verən hadisənin arxasında Avropanın dayanması daha məntiqli görünür. Avropa dövlətləri hesab edir ki, əgər müharibə sona çatsa, bu, Rusiyaya həm ərazi baxımından üstünlük qazandıracaq, həm də psixoloji olaraq özünü qalib kimi hiss etməsinə səbəb olacaq. Eyni zamanda bu, Avropanın əsas şəhərləri, xüsusilə də Baltikyanı ölkələr üçün ciddi təhlükə yarada bilər.
Bu səbəbdən də Avropa dövlətləri düşünür ki, münaqişə nə qədər uzun çəkərsə, bir o qədər də təhlükəsizlik təmin olunmuş olur, ən azından Moskva zəifləyənədək”. 

 

Müsahibimiz nəticə etibarilə Avropa ölkələrinin Vaşinqtonun danışıqlar təşəbbüsünü əngəlləməyə çalışdığını qeyd edib. 

 

O bildirib ki, ABŞ isə əksinə, münaqişənin başa çatmasında maraqlıdır:

 

“Çünki döyüşlər bitdikdən sonra Ukraynaya sərmayə yatırmaq planları var. Bununla yanaşı, Rusiya ilə münasibətləri daha da gərginləşdirmək niyyətində deyil. Son mərhələdə isə ABŞ diqqətini Şərqi Avropadakı müharibə bitəndən sonra Yaxın Şərqə yönəltmək istəyir. Hazırkı vəziyyətdə Avropa ilə ABŞ arasında baxış fərqləri açıq şəkildə görünür. Avropa tərəfi danışıqların uğurla nəticələnməsinin qarşısını almağa cəhd edir. Məhz bu məqamda baş tutan əməliyyat danışıqlar prosesinə ciddi zərbə vurdu və uğurlu nəticə ehtimalını əhəmiyyətli dərəcədə azaltdı. Rusiya isə bu əməliyyata cavab verməyə məcbur olacaq- istəsə də, istəməsə də. Əgər cavab verməzsə, bu, onun nüfuzuna ağır zərbə ola bilər”.

 


K.Novruzov vurğulayıb ki, mövcud mərhələdə münaqişənin genişlənməsi ehtimalı, onun bitməsi perspektivindən daha yüksəkdir:

 

“Son zamanlar Vaşinqton Moskva ilə müəyyən siqnallar vasitəsilə ünsiyyət qurmağa çalışır. Lakin görünən odur ki, Kreml hələ də Ağ Evin təkliflərini qəbul etməyə hazır deyil. Hətta bu yaxınlarda ABŞ-nin Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “odla oynayır”, çünki ABŞ elə tələblər irəli sürür ki, Moskva onları qəbul etmir".

 

Fidan  Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...