Səudiyyə Ərəbistanı 75 mindən çox zəvvarı geri göndərdi

Səudiyyə Ərəbistanı 75 mindən çox zəvvarı geri göndərdi

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bu il Həcc mövsümündə 75 min 943 zəvvar namizədinin Həcc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, nazirliyə bağlı İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri general-leytenant Məhəmməd əl-Bassami Məkkədə keçirdiyi mətbuat konfransında bildirib ki, Həcc üçün rəsmi icazəsi olmayan, lakin ölkədə qalma icazəsi olan təxminən 270 min nəfər Məkkə şəhərinə buraxılmayıb.


Əl-Bassami həmçinin əlavə edib ki, təhlükəsizlik orqanları tərəfindən 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkarlanıb.


Rəsmilər bu tədbirlərin Həcc ziyarətinin təhlükəsiz və nizamlı şəkildə həyata keçirilməsi üçün görüldüyünü vurğulayıblar.


Bəsti Rəfizdə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tərk edilmiş kəndi bütünlüklə310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...

Keniyada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTO

Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşl...