ABŞ-də atışma: iki nəfər ölüb, bir zabit yaralanıb

ABŞ-də atışma: iki nəfər ölüb, bir zabit yaralanıb
Kateqoriya məlum deyil
T

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Los-Anceles dairəsinin Şerif Departamenti yayıb.

 

Hadisə zamanı silahlı şəxs tüfənglə insanlara atəş açıb. Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər dünyasını dəyişib, daha bir zabit isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun şəxsiyyəti hələlik ictimaiyyətə açıqlanmayıb.

 

İnsidentlə bağlı istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR