Ərdoğanla Orban telefon danışığı apardı

Dünya
14:42 / 31.05.2025
5754
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.
Sfera.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə Macarıstan arasında əlaqələrin hər sahədə inkişaf etdirilməsi üçün çalışdıqlarını və əməkdaşlığın qarşıdakı dövrdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və Birgə Məşvərət Mexanizmi toplantıları ilə davam etdiriləcəyini bildirib.
Ərdoğan Orbanı ad günü münasibətilə də təbrik edib.