“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır


“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb.


Sfera.az bildirir ki, bütün dünyada satılan şirniyyat markası “Haribo”nun Hollandiyada satılan bəzi məhsullarında narkotik maddə aşkarlanıb. Onları yeyənlər özlərini pis hiss edib və ekspertiza şirniyyatın tərkibində marixuana olduğunu üzə çıxaranda ölkədəki bütün məhsullar geri çağırılıb.
 

Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bildirib ki, ailəliklə 1 kiloqram “Haribo Happy Cola F!ZZ” konfetləri istehlak edən insanlar özlərini pis hiss ediblər.
 

Müayinələrdə şirniyyatlardan götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, bu günə qədər üç paketdə narkotik tapıldığını açıqlayıbb, “Haribo” bütün məhsullarını geri çağırdı.
 

Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi bəlli deyil.
Şirkətdən isə “Biz məsələyə ciddi yanaşırıq və bunun necə baş verdiyini araşdırırıq”-deyə rəsmi açıqlama gəlib.
 

Polis səlahiyyətliləri sirrin məhsullara necə daxil olduğunu araşdırır. NVWA tərəfindən edilən şərhdə, "istehlak edildikdə başgicəllənmə kimi şikayətlərə səbəb ola biləcək məhsulların dövriyyədə olduğu" vurğulanıb və "bu konfetlərdən istifadə etməyin" xəbərdarlığı edilib.
 

“Haribo” hadisənin ciddiyə alındığını və polislə birlikdə araşdırıldığını deyib. Şirkət yalnız Hollandiyadakı məhsulların geri çağırıldığını və digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...