Üç ölkədə COVID-19-a yoluxma halları kəskin artdı


Üç ölkədə COVID-19-a yoluxma halları kəskin artdı

Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı məlumat verib.

 

Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi.

 

Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel - 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.

 

Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel - 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Restoranlar nə üçün qurbağa əti təklif edir? - AÇIQLAMA

"20-ci əsrdə texnologiyanın sürətli inkişafı dünyada qida mədəniyyətində böyük dəyişikliklərə səbəb olub. Ənənəvi mətbəxlər fərdiləşib, yeni dad axtarışlar...

"İaşə obyektlərində problemlər var" - Kənan Quluzadə

“Hələlik iaşə obyektlərində xidmətlə  problemlər var. Bunun səbəbi odur ki, bəzi işçilər öz xidmət sahəsinə peşə kimi yox, müvəqqəti bir proses kimi ...

İyunda 41 dərəcə isti olacaq

İyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 dərəcə yüksək olur....

Regionlarda restoranlarla bağlı hansı tədbirlər görülür?- AÇIQLAMA

"Son illərdə Bakıda qastronomiya sahəsində atılan sistemli addımlar nəticəsində paytaxt artıq qlobal səviyyəli qastronomiya destinasiyasına çevrilməkdədir....

Əhaliyə XƏBƏRDARLIQ: İyunun 3-də saat 09:30-dan...

İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOC...

"Azərbaycan mətbəxi üçün 4 inkişaf istiqaməti müəyyən edilib"

"Azərbaycanın zəngin mətbəx irsi və qastronomiya potensialı əsasında növbəti üç il üçün genişmiqyaslı inkişaf strategiyası müəyyənləşdirilib. Bu plan dörd ...