"Sülh üçün tarixi fürsət əldən verilməməlidir" - Türkiyə lideri

"Sülh üçün tarixi fürsət əldən verilməməlidir" - Türkiyə lideri
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara həm Moskva, həm də Kiyevlə daimi təmasdadır və münaqişənin həlli üçün bütün diplomatik resurslarını səfərbər edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün yaranan fürsətin əldən verilməməli olduğunu vurğulayıb:

 

"Biz sülh üçün səylərimizi davam etdiririk və davam etdirəcəyik. Mövcud dinamikanı davamlı sülh üçün bir fürsət kimi qiymətləndiririk. Hər kəsə xatırladırıq ki, bu fürsəti əldən vermək olmaz. Bütün diplomatik gücümüzü və potensialımızı sülhün təmin olunması üçün səfərbər edirik".

 

Türkiyə lideri həmçinin müharibənin Avropanın təhlükəsizlik arxitekturasına və enerji siyasətinə ciddi təsir göstərdiyini qeyd edib.

 


Ərdoğan söyləyib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq yollarını araşdırdığı üçün Türkiyənin tranzit ölkə kimi geosiyasi əhəmiyyəti daha da artır.

 

Ərdoğan ümid etdiyini bildirib ki, davam edən diplomatik səylər nəticəsində arzu olunan kompromis əldə olunacaq.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR