Ukrayna Almaniya ilə çoxmilyardlıq silah müqaviləsi imzaladı

Ukrayna Almaniya ilə çoxmilyardlıq silah müqaviləsi imzaladı

Ukrayna Almaniyanın Diehl Defence şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat istehsalını nəzərdə tutan və dəyəri 2,2 milyard avro olan müqavilə imzalayıb.

 

Sfera.az xəbər verir ki, məlumatı Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook hesabında açıqlayıb.

 

Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, silah sistemləri “tezliklə Ukrayna silahlı qüvvələrinin sərəncamına veriləcək, onlardan birincisi bir neçə həftəyə yerləşdirilə bilər”. Almaniya, Almaniya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Ukraynada bu sistemlərin saxlanması və təmirini də maliyyələşdirəcək: “Bu məqsədlə hər iki ölkənin müdafiə müəssisələri müştərək müəssisənin yaradılması barədə razılığa gəliblər”.

 

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya tibb sahəsində də əlavə dəstək vəd edib. Almaniya Ukraynada istehsal olunan tibbi avadanlıqları maliyyələşdirəcək. Ukrayna Silahlı Qüvvələri üçün yuxarıda qeyd olunan dəstək xidmətlərinin ümumi həcmi təxminən 5 milyard avro təşkil edir. (Müsavat.com)


OXŞAR XƏBƏRLƏR

Sevərək yeydiyimiz qarğıdalını niyə həzm edə bilmirik?

Qarğıdalı yedikdən sonra qəbizlik olması bir çox insana tanışdır. Bu vəziyyət ilk baxışdan həzm olunmadığını düşündürə bilər. Ancaq həqiqət bir az fərqlidir. Gö...

Təsadüfi ekstremal uçuşla Everest hündürlüyünə qədər qalxdı - VİDEO

Paraplander demək olar ki, dünya rekordunu qırıb.   Sfera.az bildirir ki, Çinli paraplançı Penq Yujianqın 8000 metrdən çox hündürlüyə qalxmasının vid...

Göyərçinlər uçuş zamanı sərnişinlərə “hücum edib” - VİDEO

Təyyarənin salonunda iki göyərçin tapılıb. Bu da uçuşun gecikməsinə səbəb olub. Bəzi sərnişinlər quşu tutmağa çalışıblar. Sfera.az bildirir ki, uçuşdan əvv...

Stüardessa Meqan Marklın təyyarədə yazdığı qeydi paylaşdı

“American Airlines”də işləyən stüardessa Nina Vida, aviaşirkətin kommersiya uçuşundan istifadə etdikdən Meqan Markl təyyarədən endikdən sonra yazdığ...

18-ci əsrdə 69 uşaq dünyaya gətirən qadın: Valentina Vasilyeva

Bir qadının 69 uşaq dünyaya gətirməsi qeyri-mümkün görünə bilər. Lakin bu iddia tarix kitablarında və Ginnesin Rekordlar Kitabında özünə yer tapmağı bacarıb. Üs...

Dünyanın ən ölümcül qidası: Hər il təxminən 200 insanın ölümünə səbəb olur

Tropik bölgələrdə yetişdirilən və kök kimi istehlak edilən nişastalı “Kassava” bitkisi çiy yeyildikdə və ya düzgün emal edilmədikdə müxtəlif sağlaml...