Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bütün iqtisadi sanksiyaların ləğv edildiyini, həmçinin bu ərəb ölkəsinin 24 qurumunun, o cümlədən mərkəzi bankın “qara siyahı”sından çıxarıldığını elan edib.
Sfera.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Şura [Aİ] təhlükəsizlik əsaslarına əsaslananlar istisna olmaqla, [Aİ] bütün iqtisadi məhdudlaşdırıcı tədbirləri ləğv edən hüquqi aktlar qəbul etdi [o cümlədən terrorizmlə mübarizə tədbirləri]", - Aİ Şurasının yaydığı press-relizdə deyilir.
"Şura həmçinin 24 qurumu AB-nin vəsaitlərin və iqtisadi resursların dondurulmasına məruz qalanlar siyahısından çıxarıb. Bu qurumlardan bir neçəsi Suriya Mərkəzi Bankı da daxil olmaqla banklar və ya Suriyanın iqtisadiyyatının bərpası üçün neft hasilatı və emalı, pambıq və telekommunikasiya kimi mühüm sektorlarda fəaliyyət göstərən şirkətlər, digərləri isə media və televiziya kanallarıdır", - Şura əlavə edib.
Qeyd olunub ki, qanun 2025-ci il mayın 20-də elan edilmiş siyasi qərarı rəsmiləşdirir və Suriya xalqının yenidən birləşməsində və yeni, əhatəli, plüralist və sülhsevər Suriyanın yenidən qurulmasında dəstək olmaq məqsədi daşıyır.
Firuzə Əliyeva
Sfera.az