İndi də Makronun bu görüntüləri müzakirədə - FOTOLAR

İndi də Makronun bu görüntüləri müzakirədə - FOTOLAR

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Briqit Makronun Vyetnama rəsmi səfəri zamanı qeydə alınan görüntülər beynəlxalq medianın gündəminə düşüb. Hanoya enişdən əvvəl təyyarədə çəkilən kadrlarda Briqit Makronun həyat yoldaşının üzünü itələməsi sosial şəbəkələrdə və xəbər portallarında geniş müzakirələrə səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Elysee Sarayı məsələ ilə bağlı açıqlama yayaraq bu anı “zarafatlaşma” kimi dəyərləndirib. Lakin bədən dili üzrə ekspertlər görüntülərin fərqli mənalar daşıdığını iddia edir. Mütəxəssis Judi Ceyms həmin jestin Makron üçün narahatlıq yarada biləcəyini bildirib və cütlüyün daha sonra əl-ələ tutaraq çəkdirdikləri fotoları “ictimaiyyətə münasibətlərində problem olmadığını sübut etməyə yönəlmiş davranış” kimi qiymətləndirib.

 

Məsələ ilə bağlı açıqlama verən Prezident Makron, medianı dezinformasiya yaymaqda ittiham edib:

 

“Yoldaşımla aramızda heç bir problem yoxdur. Bu sadəcə bir zarafat idi. Əvvəllər də haqqımda narkotik istifadə etdiyim deyildi, bunların heç biri həqiqəti əks etdirmir”.

 

Makron cütlüyü səfər çərçivəsində rəsmi görüşlərə və ictimai tədbirlərə birlikdə qatılıb. Demək olar ki, səfərin bütün mərhələlərində yan-yana görüntülənən cütlük gülümsəyərək kameralar qarşısına çıxıb.

 

Buna baxmayaraq, ekspertlər cütlüyün bu davranışlarını “həddindən artıq teatrallıq” kimi dəyərləndirib. Ceyms bildirib ki, Briqit Makronun həyat yoldaşının qolundan bərk tutması və Makronun başını çevirməsi narahatlıq və münasibətdəki güc balansına dair siqnallar verir.

 

Makronun Vyetnam Elm və Texnologiya Universitetindəki çıxışı zamanı da gərgin olduğu müşahidə edilib. Mütəxəssis, çıxış zamanı baş verən uzun fasilələr və mikrofonla oynamasını “daxili narahatlığın əlaməti” kimi şərh edib.

 

Fransa Prezidentliyindən verilən açıqlamada isə “Təyyarədəki görüntülər cütlüyün yaxın münasibətini əks etdirən səmimi bir andır. Təəssüf ki, bu görüntülər bəzi dairələr tərəfindən təhrif olunaraq təqdim edilir”, – deyə bildirilib.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR