Putin dünya dövlətlərinə çağırış etdi

Putin dünya dövlətlərinə çağırış etdi

Rusiya Prezidenti Vladimir Putin dünya dövlətlərinə yeni qlobal təhlükəsizlik sistemi qurmaqla bağlı çağırış edib. O bu sistemin “bərabər və bölünməz” prinsiplərinə əsaslanmalı olduğunu bildirib.

 

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Putin bu fikirləri Moskvada keçirilən 13-cü Təhlükəsizlik Məsələlərinə Cavabdeh Yüksək Nümayəndələr Forumuna göndərdiyi video müraciətində səsləndirib.

 

“Təhlükəsizlik təminatları bütün dövlətlər üçün mövcud olmalıdır. Amma bu, başqa ölkələrin maraqları və təhlükəsizliyi bahasına başa gəlməməlidir. Rusiya bu məsələdə prinsipial və dəyişməz mövqeyə malikdir”,– deyə dövlət başçısı vurğulayıb.

 

Putin həmçinin ŞƏT, AİB, KTMT və ASEAN kimi beynəlxalq platformaların yeni təhlükəsizlik sisteminin qurulmasında əsas rol oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, Avrasiya bölgəsində sabitlik, sülh və inkişaf bütün dünya üçün vacibdir.

 

Rusiya lideri forumun beynəlxalq dialoqun dərinləşdirilməsinə, sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini də bildirib.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR