Peskov Putinlə Zelenski arasında görüş ehtimalından danışıb

Dünya
14:42 / 28.05.2025
3270
Rusiya Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş mümkündür, lakin Moskva və Kiyev arasında konkret razılaşmaların nəticəsi olmalıdır.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə bir görüşün fundamental mümkünlüyü ilə bağlı mövqedə dəyişiklik yoxdur”, - o deyib.
Bundan əlavə, Peskov bəyan edib ki, Ukrayna ilə bağlı memorandumlar layihəsinin məzmunu tezliklə məlum olacaq: “Bundan sonra danışıqların növbəti raundu haqqında danışacağıq”.