Rusiya bu cizgi filmlərinə qadağa qoya bilər

Rusiya bu cizgi filmlərinə qadağa qoya bilər

Rusiyada Dövlət Dumasının deputatları Qərb mənşəli film və cizgi filmlərindəki populyar personajları tənqid edərək, onların uşaqların zehni inkişafına mənfi təsir göstərdiyini iddia ediblər. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, deputatlar arasında “DreamWorks”un “Shrek”, “Dr. Seuss”un “Grinch”və “Pixar”ın “Sevimli Canavarlar” (Monsters Inc.) filmlərinin qəhrəmanları xüsusilə vurğulanıb.

 

Həftə əvvəlində keçirilən dəyirmi masa iclasında deputat Yana Lantratova çıxış edərək, Qərb istehsalı olan animasiya və oyunların uşaqlarda yanlış təsir yaratdığını bildirib. Onun sözlərinə görə, bu personajlar xarici görünüşcə cazibədar olsa da, həm fiziki, həm də xarakter baxımından qüsurludur. Deputat Sovet dövründə hazırlanan müsbət mesajlar verən animasiyalara nümunə gətirib.

 

Təqdimatda Qərb mədəniyyətinin Rusiyada yayılması ilə qüsurlu amma qəhrəmanlaşdırılan obrazların artdığı və tam müsbət qəhrəmanların azaldığı vurğulanıb.

 

“Ədalətli Rusiya” partiyasının rəhbəri Sergey Mironov məsələni siyasi aspektdən şərh edərək bildirib ki, Qərb Rusiyaya qarşı hibrid müharibə apararaq uşaqları da hədəfə alır. Mironovun sözlərinə görə, “Düşməni məğlub etmək istəyirsənsə, uşaqlarını yetişdir” prinsipi ilə Qərb ölkələri Rusiyanın uşaqlarının zehinlərini yumağa çalışır.


Bu hadisələr Rusiyada Qərb mədəniyyətinə qarşı tənqidlərin artması fonunda baş verir və uşaqların tərbiyəsi məsələsində ciddi narahatlıqların mövcud olduğunu göstərir.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR