Ukrayna-Rusiya sülh danışıqları bu ölkədə keçirilə bilər

Kateqoriya məlum deyil
T
Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarının davam etdirilməsi üçün məkan olaraq İsveçrəni nəzərdən keçirdiklərini təsdiqləyib.
Sfera.az Trend-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayılıb.
Zelenskinin sözlərinə görə, rəsmi Moskva danışıqların növbəti raundunun meydançası kimi Belarusu təklif etsə də, Ukrayna bundan imtina edib.
Kiyev neytral meydança kimi Türkiyə, Vatikan və İsveçrəni təklif edib.






