FETÖ əməliyyatı: 61 hərbçi həbs edildi

Kateqoriya məlum deyil
T
İstanbulda davam etdirilən FETÖ əməliyyatı zamanı sıralarında polkovnik-leytenant, polkovnik, mayor və kapitan da olmaqla daha 61 hərbi qulluqçu həbs edilib.
Sfera.az "Hurriyet"ə istinadən xəbər verir ki, əməliyyat mayın 23-də Türkiyənin 36 vilayətində keçirilib.
İstintaq zamanı müəyyən edilib ki, təşkilat üzvləri bir-biri ilə ictimai yerlərdəki telefonlarla əlaqə saxlayıb, mesaj ötürüblər.
Faktla bağlı istintaq davam etdirilib.






