Günəşin üzərində uçan müəmmalı obyekt aşkarlandı

Dünya
21:47 / 25.05.2025
2443
Alimlər teleskop vasitəsilə Günəşin üzərində təxminən 150 min km-lik qanada bənzəyən obyekt aşkar ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.
"Dünən LASCO teleskoplarının birindən gözəl və bir qədər də sirli görüntü alındı. Göründüyü kimi, alovlu "quş" və ya "uçan aparat" aydın görünür. “Qanadın” ölçüsü təqribən 150 min km-dir. Uçuşun hündürlüyü Günəşin səthindən təxminən 2 milyon km-dir. Əgər bunun optik deyil, fiziki obyekt olduğunu nəzərə alsaq, Yer kürəsindən təxminə 10 dəfə böyükdür”, - deyə bildirilib.