Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO
Kateqoriya məlum deyil
T

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.

 

Sfera.az bildirir ki, Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatı "Qızıl Palma Budağı"nı qazanıb.

 

Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.

 

Pənahi festivalda əsas mükafat uğrunda yarışan yeni filmi — “Sadəcə bir qəza idi”  ( "It Was Just an Accident") ilə çıxış edib. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. 

 

Adının açıqlanmasını imənbənin verdiyi məlumata görə, film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

 

Gülər

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR