“Əsir mübadiləsinin davamını gözləyirik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əldə edilən razılıq əsasında dünən 390 əsirin qarşılıqlı şəkildə mübadilə olunduğunu, bu prosesin bu gün və sabah da davam edəcəyini bildirib.
Sfera.az xəbər verir ki, prezident sosial şəbəkə hesabında paylaşım edərək İstanbulda keçirilən sülh danışıqları nəticəsində “1000-ə 1000” əsir mübadiləsi prosesinin başladığını vurğulayıb.
Zelenskinin sözlərinə görə, razılaşmanın ilk mərhələsi artıq həyata keçirilib.
“Bu razılaşma Türkiyədə aparılan danışıqlar zamanı əldə olunub və tam şəkildə icrası vacibdir. Qarşılıqlı şəkildə 390 əsir dəyişdirildi. Şənbə və bazar günləri də mübadilənin davam edəcəyini gözləyirik”, – deyə Zelenski qeyd edib.
Dövlət başçısı bütün ukraynalı əsirlərin geri qaytarılması üçün işlərin davam edəcəyini bildirib və bu prosesə dəstək verən hər kəsə təşəkkürünü çatdırıb. O, diplomatik fəaliyyətlərin bundan sonra da davam etməsinin zəruriliyini vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az