Qazaxıstandan AZAL təyayrəsi ilə bağlı açıqlama

Dünya
13:17 / 23.05.2025
5993
Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırması ikinci mərhələdədir, ekspertlər toplanmış materialları öyrənirlər.
Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib.
"Araşdırma bir neçə mərhələyə bölünür. Birinci mərhələ müvafiq materialların toplanmasıdır. Bu mərhələ başa çatıb, indi ikinci mərhələ toplanmış materialların tədqiqidir. Biz indi öyrənmə mərhələsindəyik", - nazir bildirib.