Gəlin qayınanasının qızıllarını oğurlamaq üçün görün nə etdi?

Gəlin qayınanasının qızıllarını oğurlamaq üçün görün nə etdi?

Malayziyada bir qadın qayınanasının zinət əşyalarını oğurlamaq üçün soyğunçuluq edib.

 

Sfera.az xarici mediaya istinadla bildirir ki, Pahanq əyalətində polis qayınanasının qızıl-zinət əşyalarını oğurlamaq üçün saxta soyğunçuluq etməkdə şübhəli bilinən 27 yaşlı qadını həbs edib. Qadın məmurlara deyib ki, guya o, silahlı hücumun qurbanı olub. Onun sözlərinə görə, əllərində bıçaq olan 4 maskalı şəxs qayınanasının evinə soxularaq ümumilikdə 2700 dollar dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

 

Lakin əlavə araşdırma zamanı məlum olub ki, hadisə səhnələşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, gəlin oğurluğu cinayət ortaqları ilə birlikdə özü planlaşdırıb. Qadın qızıl-zinət əşyalarının satışından əldə etdiyi pulu borclarına və cinayət ortaqlarına verib.

Xüsusi əməliyyat zamanı 4 nəfər, o cümlədən quldurluğun təşkilatçısı və 27-36 yaşlarında olan 3 nəfər saxlanılıb. Bütün şübhəlilərdə metamfetamin aşkar edilib və onlar quldurluq, narkotik maddələr eləcə də yaşayış evlərindən oğurluq etməkdə təqsirli biliniblər.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...

Əhalinin nəzərinə - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...

Şuşanın işğalı zamanı dediyi sözləri dandı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın...

Vaşinqtonda Yəhudi Muzeyində atışma: İsrail səfirliyinin əməkdaşları öldü

Vaşinqtonda atışma zamanı İsrail səfirliyinin əməkdaşları ölüb.   Sfera.az bildirir ki, Vaşinqtonda Yəhudi Muzeyində keçirilən bayram tədbirləri zama...

ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirildi -FOTO

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maariflənd...