Süni intellektlə film çəkə bilərsiniz - YENİLİK

Süni intellektlə film çəkə bilərsiniz - YENİLİK

İngiltərədə fəaliyyət göstərən “Deep Fusion” film şirkətinin Yaradıcı Süni İntellekt rəhbəri Darkin, Almaniyanın paytaxtı Berlində keçirilən “GITEX Europe 2025” texnologiya sərgisində verdiyi açıqlamada süni intellektin kino sənayesində yaratdığı dönüşümlərdən danışıb.
 

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 ildən çoxdur vizual effektlər üzərində çalışan Darkin, süni intellektin film istehsal prosesini kökündən dəyişdirdiyini deyib. Xüsusilə “deepfake” texnologiyasına olan marağın sürətlə artdığını bildirən mütəxəssis, bu texnologiyanın həm müsbət, həm də mənfi tərəflərinin olduğunu vurğulayıb:

 

“İnsanlar “deepfake”-ə mənfi yanaşır, çünki bu texnologiya pis niyyətlə istifadə edilə bilər. Lakin faydalı tərəfləri də var. Məsələn, bir kaskadyorun çəkildiyi səhnədə onun üzünü orijinal aktyorla əvəz etsəniz, bu həm təhlükəsizlik, həm də vizual baxımdan uğurlu nəticələr verir”.

 

Darkin həmçinin bildirib ki, “deepfake” vasitəsilə tarixi şəxsiyyətlər canlandırıla, hətta vəfat etmiş şəxslərlə sanki canlı müsahibə formatında videolar hazırlanaraq səs yazısı ilə birləşdirilə bilər.

 

“Deepfake” məzmunun etik sərhədlər çərçivəsində hazırlanmasının zəruriliyini qeyd edən Darkin, belə videoların izləyiciyə əvvəlcədən “deepfake” olduğu barədə məlumat verilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, süni intellektlə hazırlanmış məzmunun gerçək olub-olmadığını ayırd etmək çətinləşdiyindən, etik normalara riayət olunması və texnologiyanın təhlükəsiz istifadəsi üçün qaydaların müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Darkin əlavə edib ki, süni zəka film sənayesində daha yüksək keyfiyyətli vizual effektlər yaratmağa imkan verir. Aktyorların yaşının dəyişdirilməsi, hətta keçmişdə yaşamış aktyorların yeni filmlərdə canlandırılması bu texnologiyanın real tətbiqləri arasındadır.

 

Süni intellektlə hər kəsin Hollivud standartlarında filmlər çəkə biləcəyini bildirən Darkin, gələcəkdə ssenarinin yazılmasından aktyor seçiminə, geyim dizaynından effektlərə qədər hər şeyin süni intellekt vasitəsilə ev şəraitində həyata keçiriləcəyini bildirib.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Pakistanın Baş naziri gələn həftə Azərbaycana səfərə hazırlaşır

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barədə "Daily...

Günlərdir itkin idi, meyiti tapıldı

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.   Sfera.az-ın məlumatına görə, 9 may tarixində rayonun Ağcayazı kə...

Paris və Ər-Riyad HƏMAS-ı silahsızlaşdırmaq üçün gizli plan hazırlayır

Fransa və Səudiyyə Ərəbistanı HƏMAS-ın silahsızlaşdırılması və Qaza zolağında siyasi struktur kimi qalması üçün plan hazırlayır.   Sfera.az xəbər ver...

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə illik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun...

İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi - FOTO

Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.   Sfera.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçıs...

Gəlin qayınanasının qızıllarını oğurlamaq üçün görün nə etdi?

Malayziyada bir qadın qayınanasının zinət əşyalarını oğurlamaq üçün soyğunçuluq edib.   Sfera.az xarici mediaya istinadla bildirir ki, Pahanq əy...