Vaşinqtonda səfirliyin iki əməkdaşı güllələndi

Dünya
11:34 / 22.05.2025
3499
İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşı səhər saatlarında Vaşinqtonda öldürülüb.
Sfera.az "CBS News" istinadən xəbər verir ki, məlumata görə, İsrail diplomatı və nişanlısı tədbirdən sonra paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. İlkin məlumata əsasən, İsrail səfirliyinin tədbirdə olan digər əməkdaşları da yaralanıb.
Atışmanın məqsədyönlü hücum olduğu ortaya çıxıb. Polis tərəfindən saxlanılan şübhəlinin Çikaqo sakini 30 yaşlı Elias Rodriguez olduğu müəyyən edilib. Polis onun həbs edildiyi zaman "Fələstini azad et" qışqırdığını deyib.
İsrailin xarici işlər naziri Gideon Saar “bugünkü terror hücumundan sarsıldığını” bildirib və əlavə edib ki, “İsrailin bütün dünyada nümayəndələri daim təhdid altındadır”.
İnci