"Ermənistan Aİ ilə üzvlüklə bağlı danışıqlar aparmır" - XİN rəhbəri

"Ermənistan Aİ ilə üzvlüklə bağlı danışıqlar aparmır" - XİN rəhbəri

"İrəvan Brüssellə Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar aparmır".

 

Sfera.az bildirir ki,bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

 

“Ermənistan Respublikası Avropa İttifaqına daxil olmaq üçün müraciət etməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq olaraq bununla bağlı yarana biləcək sual aktual deyil”,- o, rusiyalı jurnalistin həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı sualını cavablandırıb.

 

Xatırladaq ki, martın 26-da Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib. Müxalifət bu təşəbbüsü hüquqi baxımdan "absurd" adlandırıb.


Baş nazir Nikol Paşinyan izah edib ki, söhbət avtomatik üzvlükdən getmir; bunun üçün referendum lazımdır. O qeyd edib ki, Ermənistan Aİİ-də özünü “yaxşı hiss edir” və İranla münasibətlərdə maraqlıdır, lakin cəmiyyətin bir hissəsi Avropa seçimini istəyir. 


İnci


OXŞAR XƏBƏRLƏR