Peskov: "Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi olacaq"

Peskov: "Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi olacaq"

"Moskva və Kiyev arasında məhbusların mübadiləsinə hazırlıq üzrə işlər aparılır".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

“İşlər İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq həyata keçirilir”, - Peskov vurğulayıb.

 

Mayın 16-da Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə üç il əvvəl Ukrayna tərəfindən kəsilən birbaşa Rusiya-Ukrayna danışıqları İstanbulda bərpa edilib. Tərəflərin əldə edə bildiyi razılaşmalardan biri də “1000-ə 1000” formatında genişmiqyaslı məhbus mübadiləsi ilə bağlı idi.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin "Kiyev rejiminin cinayətləri üzrə" xüsusi səfiri Rodion Miroşnik bəyan etmişdi ki, maksimum səmərəliliyə nail olmaq üçün Moskva və Kiyev arasında genişmiqyaslı məhbus mübadiləsinə dair danışıqlar bağlı qapılar arxasında aparılır.

 

Onun fikrincə, hər hansı bir məlumat sızsa, radikal düşüncəli Ukrayna vətəndaşları mübadilənin qarşısını almağa çalışacaqlar.

 

İnci


OXŞAR XƏBƏRLƏR