Türkiyə ilə bağlı qorxunc açıqlama: Böyük zəlzələ...

Türkiyə ilə bağlı qorxunc açıqlama: Böyük zəlzələ...

Xəbər verdiyimiz kimi, İstanbulda 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Böyükçəkməcə rayonundan təxminən 23.6 kilometr məsafədə, 8.16 kilometr dərinlikdə qeydə alınıb.

 

Sfera.az Globalinfo.az-a istinadən xəbər verir ki, zəlzələ üzrə ekspert, professor Şükrü Ərsoy sözügedən zəlzələnin dağıdıcı və ya zərərli olmadığını bildirib.

 

“Qorxulu bir şey yoxdur. Aprelin 23-də Kumburqaz fayında zəlzələ baş verdi və buradakı enerji yavaş-yavaş boşalır. Hər gün 2-3 yeraltı təkanlar qeydə alındıqca, say azalır. Qonşu faylarda zəlzələlər 1 aydır davam edir”.

 

Professor Övgün Əhməd Ərcan isə deyib ki, bu cür lokal zəlzələlər əsas qırılmadan əvvəl baş verə bilər:

 

“Bu, böyük İstanbul zəlzələsinin siqnalı kimi qəbul edilməlidir”.

 

Geoloq Cəlal Şəngör də oxşar düşüncədədir.

 

“Əgər yenə 6,2 bal gücündə zəlzələ olarsa, bu, İstanbulda gözlənilən böyük zəlzələyə işarədir”, – o bildirib.

 

Seysmoloq Naci Görür isə vurğulayıb ki, son hadisə Kumburqaz fayında baş verib:

 

“23 apreldən bu yana, sözügedən fayda kiçik gərginliklər davam edir”.

 

Ümumiyyətlə, ekspertlər Mərmərə dənizindəki qırılma xətlərinin aktiv olduğunu vurğulayırlar. Güclü zəlzələnin vaxtı ilə bağlı dəqiq tarix yoxdur.


OXŞAR XƏBƏRLƏR