İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqlədi

İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqlədi

İran parlamenti Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb.

 

İranın İRNA xəbər agentliyinin məlumatına görə, səsvermədə iştirak edən 212 deputatdan 191-i “lehinə”, 8-i “əleyhinə” səs verib, üçü isə bitərəf qalıb.

 

Müqavilənin İranda qüvvəyə minməsi üçün onun konstitusiya və şəriət qanunlarına uyğunluğu İslam Respublikası Konstitusiyasının Mühafizə Şurası tərəfindən yoxlanılmalıdır. Rusiya tərəfi daha əvvəl müqavilənin ratifikasiya prosedurlarının başa çatması barədə məlumat vermişdi.

 

Xatırladaq ki, saziş 2025-ci il yanvarın 17-də Moskvada  İran Prezidenti Məsud Pezeşkianın səfəri zamanı imzalanıb. Sənəd bütün sahələrdə əlaqələrin dərinləşdirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, eləcə də regional və qlobal səviyyədə sıx əlaqələndirməni nəzərdə tutur.

 

Qanun layihəsi mayın əvvəlində İran parlamentinə göndərilib.

 

Mayın 20-də Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko bəyan edib ki, Rusiya tərəfi İranın yaxın gələcəkdə Rusiya Federasiyası ilə tərəfdaşlıq sazişini ratifikasiya edəcəyini  gözləyir.

 

İnci


OXŞAR XƏBƏRLƏR