Ərdoğanla xanımı Macarıstana gedir


Ərdoğanla xanımı Macarıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın paytaxtı Budapeştə yola düşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə ​“TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir.

 

Qeyd edək ki, Ərdoğan Macarıstanda Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR