Tramp:"Putin razılıq istəyir"

Tramp:"Putin razılıq istəyir"

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra Avropa liderlərinə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olmadığını bildirib.


Sfera.az “Axios” nəşrinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və daha beş Avropa lideri Putinlə söhbətindən dərhal sonra Trampla konfrans zəngi ilə danışıb. 


Avropalı siyasətçilər Trampa ABŞ-nin Rusiyaya qarşı mümkün yeni sanksiyaları barədə sual veriblər. Buna Tramp “bunun yaxşı fikir olduğunu düşünmədiyini” deyib və onun fikrincə, “Putinin razılıq əldə etmək istədiyini” vurğulayıb.


Bir gün əvvəl Putinlə Tramp arasında telefon danışığı olub. Rusiya prezidenti amerikalı həmkarı ilə söhbətin çox konstruktiv keçdiyini vurğulayıb. Tramp münaqişənin həlli prosesinə mane olmamaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirmədiyini bildirib. O, Putinin sülh istədiyinə inanıb-inanmaması və Rusiya prezidentinə güvənməsi ilə bağlı suallara da müsbət cavab verib.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR