Tramp Rusiyaya səfər edə bilər - BU ŞƏRTLƏ


Tramp Rusiyaya səfər edə bilər - BU ŞƏRTLƏ

ABŞ prezidenti Donald Trampın Rusiya ilə əməkdaşlığı bərpa etmək niyyətində olduğu və bu məqsədlə Moskvaya səfər etməyi planlaşdırdığı bildirilir.

 

Sfera.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp Rusiyanı ABŞ üçün mühüm ticarət və iqtisadi tərəfdaş hesab edir və Ukraynadakı münaqişə sona çatdıqdan sonra səfərin mümkün ola biləcəyini bildirib.

 

Uşakov həmçinin qeyd edib ki, Rusiya və ABŞ liderlərinin son telefon danışığı olduqca səmimi şəraitdə keçib: “Onlar bir-birinə “Vladimir” və “Donald” deyə müraciət edirdilər. Maraqlısı odur ki, hər iki tərəf telefon danışığını ilk bitirən olmaq istəmirdi”.

 

Qeyd edək ki, Tramp və Putinin iki saata yaxın davam edən telefon danışığından sonra hər iki tərəf danışıqları “faydalı və açıq” adlandırıb. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...