İran ABŞ-nin tələbini rədd etdi: “Nüvə proqramı dayandırılmayacaq"

İran ABŞ-nin tələbini rədd etdi: “Nüvə proqramı dayandırılmayacaq"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə proqramı və beynəlxalq danışıqlarla bağlı mühüm açıqlamalar verib. O bildirib ki, İran uranın zənginləşdirmə fəaliyyətini dayandırmayacaq və bu texnologiyanın ölkənin nüvə sənayesi üçün zəruri olduğunu vurğulayıb.


Sfera.az xarici mediaya nistinadən xəbər verir ki, Bəqai qeyd edib ki, İran daha şəffaf olmaq və beynəlxalq ictimaiyyətə daha çox təminat vermək məqsədilə nəzarət mexanizmlərinin artırılmasına hazırdır.

 

Lakin ABŞ-nin zənginləşdirmə fəaliyyətinin tamamilə dayandırılması tələbinin qəbuledilməz olduğunu bildirib.


“Uranın zənginləşdirməsi dayandırıla biləcək bir fəaliyyət deyil. Bu, İranın texnoloji inkişafı və hüquqi haqqıdır. Bu fəaliyyətə son qoymaq bizim üçün mümkün deyil”, – deyə Bəqai vurğulayıb.


ABŞ ilə aparılan danışıqlarda qarşı tərəfin verdiyi bəyanatlarla masa arxasında dedikləri arasında uyğunsuzluq olduğunu deyən sözçü yazılı heç bir razılaşma əldə olunmadığını da əlavə edib.


Gələcək danışıqlar turunun vaxtı hələ müəyyən edilməyib. Bəqai bu qeyri-müəyyənliyin səbəbi kimi ABŞ-nin ziddiyyətli və dəyişkən mövqeyini göstərib.
O həmçinin İsrailin İran-ABŞ danışıqlarına təxribatla müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib:

 

“İsrail gələcəkdə İranı ittiham etmək və bölgədə qarşıdurma üçün bəhanə yaratmaq məqsədilə təxribatlara əl ata bilər”.


Avropa ölkələrinin BMT sanksiyalarını yenidən tətbiq edə biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirən Bəqai bu cür addımların beynəlxalq hüquqa uyğun olmadığını və proqramın tamamilə dinc məqsədli olduğunu vurğulayıb:

 

“Heç bir haqsız və dost olmayan addım cavabsız qalmayacaq”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.   Sfera.az Dövlət Gömrük K...

Tramp Zelenskidən sonra Putinə də zəng etdi - Yeniləndi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters&rd...

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.   Sfera.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayo...

Nişanlandığı qızı fotoları ilə şantaj etdi - HƏBS OLUNDU

Bakıda nişanlandığı qızı sonradan fotoları ilə şantaj edən 23 yaşlı İmran (ad şərtidir) həbs edilib.   Sfera.az xəbər verir ki, İmran instaqramdan ta...

Məşhur müğənni səhnədə yerə sərildi

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.   Çeşmədə səhnəyə çıxan ifaçı mahnı oxuyan zaman anidən yerə yıxılıb. Sənətçinin köməkçil...

Zakir Həsənov İsrailin müdafiə naziri ilə bu məsələləri müzakirə etdi

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.   Bu barədə  Sfera.az-a Azərbaycanın Müdafiə Nazirli...