Fransa bu ölkədəki seçkilərə müdaxilə etməyə çalışıb - “Telegram”ın rəhbəri

Fransa bu ölkədəki seçkilərə müdaxilə etməyə çalışıb - “Telegram”ın rəhbəri

“Telegram”ın yaradıcısı Pavel Durov iddia edib ki, Fransanın xarici kəşfiyyat agentliyi DGSE-nin rəhbəri Nikolas Lerner ondan Rumıniyada keçiriləcək seçkilər ərəfəsində sağçı və Avropa İttifaqı əleyhinə olan mühafizəkar səsləri susdurmağı xahiş edib. Durov bu tələbi rədd etdiyini bildirib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya əsilli Durov “X” sosial media hesabında paylaşımında bildirib:

 

"“Hôtel de Crillon”dakı “Salon des Batailles”də Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner məndən Rumıniya seçkiləri ərəfəsində mühafizəkar səsləri susdurmağımı istədi. Mən bundan imtina etdim. Biz Rusiya, Belarus və İranda etirazçıların qarşısını almadıq. Avropada da bunu etməyəcəyik".  


Durov hazırda Fransada məhkəmə nəzarəti altındadır.  O, Parisdəki məşhur “Crillon” otelində qalır və “Telegram” vasitəsilə həyata keçirilən mütəşəkkil cinayət iddiaları ilə bağlı ona qarşı rəsmi istintaq başladılıb. Durov görüşün otelin tarixi “Salon des Batailles” salonunda baş tutduğunu və kəşfiyyat idarəsinin rəisi Lernerin birbaşa ona müraciət etdiyini bildirib. 


Fransa kəşfiyyat agentliyi DGSE, Durovla illər ərzində bir neçə dəfə görüşdüklərini təsdiqləyib. Lakin DGSE Durovun iddialarını təkzib edib. DGSE bəyanatında qeyd edib ki, hər hansı seçki prosesi ilə bağlı hesabların qapadılması üçün hər hansı sorğunun edilməyib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR