"Bu gün atəşkəs olacaq"- Tramp

"Bu gün atəşkəs olacaq"- Tramp

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda apardığı telefon danışıqlarının Ukraynadakı müharibədə atəşkəsin əldə olunması istiqamətində irəliləyişə səbəb olacağına ümid etdiyini bildirib.

 

Sfera.az “Associated Press”ə istinadən xəbər verir ki, Tramp həftəsonu sosial şəbəkədə paylaşdığı açıqlamasında bazar ertəsini “məhsuldar gün” adlandıraraq, atəşkəsə nail olunacağına ümid etdiyini vurğulayıb. Onun diplomatik səylərinə NATO liderlərinə etdiyi çağırışlar da daxildir.

 

Tramp, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibəyə son qoymaq üçün fəal təşəbbüslərlə çıxış edir. Bu açıqlamaları ilə o, prezidentlik müddətinə başlamazdan əvvəl belə münaqişəni sürətli şəkildə həll edəcəyini iddia etdiyi üçün, sülh təşəbbüsləri onun danışıqlar qabiliyyətinin və beynəlxalq nüfuzunun real sınağı kimi qiymətləndirilir.

 

Tramp, Putinlə şəxsi münasibətlərinə və təcrübələrinə əsaslanaraq, hazırkı böhranı danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu düşünür.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Aliment borcunu ödəyə bilmədiyinə görə 3-cü dəfə HƏBS EDİLDİ

Daşəkəsəndə aliment borcunu ödəyə bilməyən şəxs üçüncü dəfə inzibati qaydada həbs edilib.   Sfera.az “musavat.com”a istinadən xəbər ...

Leyla Əliyeva Qarabağ atlarının şousundan video paylaşdı

Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən "Vindzor Kral Atçılıq Şousu - 2025" mayın 16-da start götürüb və bu gün başa çatıb.   Sfer...

Dayanma və durma qadağandır, amma... – Yasamalda yol niyə tutulur?

Bakıda avtomobil yükünün yüksəlməsi parkinqlərin az olması fonunda paytaxt küçələrindəki sıxlıq gün keçdikcə artır. Bu yollardan biri də Yasamal rayonu, Qə...

ABŞ-nin vitse-prezidenti İsrailə qarşı çıxdı - Qəzzaya getmədi

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında əməliyyatının genişləndirilməsi ilə əlaqədar İsrailə səfər etmə...

Bakıda məktəbli qətl törətdi: "Qolum qıza dəydi, mübahisə etdik"

Bakının Sabunçu rayonunda Xəyal Nağıyevi qətlə yetirməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sfera.az&nb...

"Birbank Biznes" Qəbələdə sahibkarlarla bir araya gəldi

Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar ...