Qəzzadan İsrailə iki raket atıldı

Dünya
19:30 / 18.05.2025
3676
Qəzza sektorundan İsrailə iki raket atılıb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Raketlərdən birinin məhv edildiyi bildirilib. Digər mərmi isə qeyri-yaşayış sahəsinə düşüb.
Dağıntı və tələfat barədə informasiya verilmir.
Qeyd edək ki, İsrail ordu bölmələri Qəzzada geniş quru əməliyyatına başlayıb.