“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi.
Sfera.az xəbər verir ki, onlardan biri Ermənistanın kontur xəritəsini, digəri isə Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu əhatə edən əraziləri xatırladırdı. Performans zamanı bu iki qurğu “birləşir” və erməni müğənni üzərinə çıxaraq, emosional şəkildə “zəfər” nümayiş etdirirdi.
Həmçinin nümayəndə heyətimizin rəhbəri Nurlana Cəfərova Musavat.com-a məsələylə bağlı açıqlama verib:
Sizcə, bu boyda həngaməni görməzdən gələ bilərdikmi? İkinci yarımfinal gözəl olacaq.
Nəhayət, təxribatın qarşısı alınıb və ötən gün yayımlanan yarımfinalda erməni iştirakçının çıxışı və zirehli geyiminin dəyişdirildiyi, qurğuların yığışdırıldığı diqqət çəkib.