İstanbul danışıqlarını müzakirə etdilər


İstanbul danışıqlarını müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Departament bildirib ki, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

 

“Xarici siyasət idarələrinin rəhbərləri bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar”, - Rusiya XİN-nin bəyanatında deyilir.

 

ABŞ dövlət katibi həmçinin Vaşinqtonun münaqişənin həllinə yardımçı olmağa davam edəcəyinə söz verib.

 

Bundan əlavə, Lavrov və Rubio Rusiya-ABŞ təmaslarının davam etdirilməsi məsələsini müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR