"Uranı zənginləşdirəcəyik" - İran XİN

Kateqoriya məlum deyil
T
İran uranın zənginləşdirilməsindən imtina etməyəcək.
Sfera.az “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan imtina etməyəcəyini bildirib.
Əraqçinin sözlərinə görə, İran dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyaları inkişaf etdirməkdə qətiyyətlidir.






