Türkiyədə onlarla şagird dönərdən zəhərləndi

Dünya
22:40 / 16.05.2025
1669
Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.
Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb.
Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.
Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.