Hindistan və Pakistan razılığa gəldilər


Hindistan və Pakistan razılığa gəldilər

Son illərdə bir neçə dəfə qarşıdurma həddinə gələn Hindistan və Pakistan arasında münasibətlərdə növbəti dəfə gərginliyin azaldılması istiqamətində addım atılıb. Hər iki nüvə dövlətinin ordusu arasında mütəmadi toqquşmalar yaşanmasına baxmayaraq, tərəflər müəyyən müddətlik sakitliyi qorumağa razılaşıblar.

 

Sfera.az xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar parlamentdə çıxışı zamanı bildirib ki, Hindistanla atəşkəs rejiminin müddəti 18 mayadək uzadılıb. Onun sözlərinə görə, ilkin olaraq atəşkəs 12 may, daha sonra 14 may tarixinədək qüvvədə idi, lakin aparılan son danışıqlar nəticəsində bu tarix bir neçə gün də uzadılıb.

 

Nazir əlavə edib ki, bu razılaşma iki ölkənin hərbi rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunub. Tərəflər həmçinin qarşılıqlı inamı gücləndirmək və hərbi gərginliyi azaltmaq üçün birgə addımlar atmaq barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR

“Elgünü qətlə yetirən cinayətkarlara layiq olduqları cəzanı verəcəklər” -Deputat

Xəbər verdiyimiz kimi, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi Elgün İbrahimov xüsusi amansızlıqla qətlə yetirilib.    2 gün əvvəl qət...

İmmiqrantların vətəndaşlıq uğrunda mübarizə aparacağı realiti-şou çəkilir

Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamenti miqrantların potensial ABŞ vətəndaşlığı uğrunda mübarizə aparacağı realiti-şousu yaratmağı düşünür. S...

İkinci Dünya Müharibəsi zamanı itirilmiş rəsm Lukaşenko tərəfdarı tərəfindən alınıb

İkinci Dünya Müharibəsi zamanı oğurlanmış Vladislav Qalimskinin “Qadın portreti” tablosu Ukrayna Milli İncəsənət Muzeyinə qaytarılıb.   Sfe...

Bakının bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

Bakının İlqar Abdullayev küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolla...

Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb - VİDEO

Məhərrəm ayının başlamasına az qalmış toyların sayı artıb.   Sfera.az-ın məlumatına görə, satıcılar deyirlər ki, mövcud vəziyyət qızıl bazarında...

Gəncədə qadın parkda öldü

Gəncə şəhərində parkda qadın həyatını itirib.   Sfera.az xəbər verir ki, 1963- cü il təvəllüdlü Yeganə Salahova təcili tibbi yardım abtomobili ilə xə...