İstanbulda Rusiya-Ukrayna danışıqları başladı

İstanbuldakı Dolmabağça prezident sarayında Rusiya-Ukrayna danışıqları başlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İclasda xarici işlər naziri Hakan Fidan da daxil olmaqla Türkiyənin nümayəndələri də iştirak edir. Danışıqlar başlamazdan əvvəl Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri arasında əl sıxışma olmayıb. Jurnalistlər Türkiyə XİN rəhbərinin yalnız açılış nitqini dinləyiblər, daha sonra görüş mətbuatsız davam edib.
Dolmabağçada birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılacağı və salamlaşmadan sonra Türkiyə nümayəndəsinin onları tərk edəcəyi daha əvvəl bildirilmişdi. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edir.
Danışıqlar masasında Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri də var.
Fidan Hacızadə
Sfera.az