Melaniya Trampın heykəli oğurlandı

Kateqoriya məlum deyil
T
Sloveniyada ABŞ-ın birinci xanımı Melaniya Trampın tunc heykəli oğurlanıb.
Sfera.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərindəki abidə 2020-ci ildə ucaldılıb.
Amerikalı sənətkar Bred Dauninin yaratdığı heykəl bürüncdən hazırlanıb. Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək, araba ilə aparıblar.
Oğurluq hadisəsi barədə mayın 13-də biliblər.
Polis faktla bağlı araşdırmalara başlayıb.






