"Avroviziya 2025"də finala çıxan ölkələr - SİYAHI

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Sfera.az xəbər verir ki, Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Çexiya, Danimarka, İsrail, Lüksemburq, Serbiya və Finlandiya təmsilçiləri finala keçmək uğrunda mübarizə aparıblar.
Sonda səsvermə nəticəsində 10 ölkə - Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksenburq, Finlandiya, Latviya, Malta, Yunanıstan finala vəsiqə qazanıb.
Birinci yarımfinaldan son mərhələyə vəsiqə qazanan ölkələr isə Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna olub.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər. Yarışmanın final isə mayın 17-də keçiriləcək