Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zelenski günorta saatlarında Ankaraya gəlib . Günortadan sonra İstanbulda Ukrayna nümayəndə heyəti Rusiya ilə birbaşa danışıqlara başlayacaq.
Zelenski bildirib ki, Ərdoğanla görüşdən sonra nizamlanma baxımından gələcək addımlar barədə qərar veriləcək.
O, həmçinin qeyd edib ki, İstanbulda Ukrayna nümayəndə heyəti “ən yüksək səviyyədə” təmsil olunur.
Mətbuat Ukrayna nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, ofis rəhbərinin müavini İqor Jovkva, müdafiə naziri Rustem Umerov və Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın daxil olacağını bildirib.
Fidan Hacızadə
Sfera.az