Türkiyədə Trampın mümkün gəlişi üçün hazırlıq görülür

Dünya
18:52 / 14.05.2025
11506
"Türkiyə ABŞ Prezidenti Donald Trampın 15 may tarixində ölkəyə səfərini gözləmir, lakin yaxın günlərdə belə bir səfərin olmasını istisna etmir".
Sfera.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan mənbələrə istinadən xəbər verir.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Trampın yaxın günlərdə Türkiyəyə səfər etməsi mümkündür. Xüsusilə də, əgər Rusiya Prezidenti Vladimir Putin də ona qoşularsa, bu səfər daha real görünə bilər.
Mənbələrə görə, Türkiyə tərəfi mümkün görüş üçün müvafiq hazırlıq işləri aparır.