Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Dünya
14:46 / 14.05.2025
3993
Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.
Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, keçmiş nazir məhkəmə zalında həbs olunub.
Sabiq nazir parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunub. Bu ilin aprelin 8-də Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 20 min lari məbləğində girov tətbiq edib. İ.Okruaşvili girovu 30 gün ərzində ödəməli olsa da, bunu etməyəcəyini bildirib.
Qeyd edək ki, İ.Okruaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini 2004-2006-cı illərdə tutub.
Firuzə Əliyeva
Sfera.az