Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib
Sfera.az bu barədə “BBC News”a istinadən xəbər verir.
Belə ki, 2010-2015-ci illərdə Uruqvayı idarə edən keçmiş partizan təvazökar həyat tərzinə görə "dünyanın ən kasıb prezidenti" kimi tanınırdı.
Hazırkı prezident Yamandu Orsi sələfinin vəfatını elan edərək yazıb: "Bizə verdiyiniz hər şeyə və xalqınıza göstərdiyiniz dərin sevgiyə görə təşəkkür edirəm".
Siyasətçinin ölüm səbəbi bilinmir, lakin o, qida borusu xərçəngindən əziyyət çəkirdi. Prezident kimi apardığı sadə həyat tərzi, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tənqidi və təşviq etdiyi sosial islahatlar (bu, digər şeylərlə yanaşı, Uruqvayın marixuanadan istifadəni leqallaşdıran ilk ölkə olmasına səbəb oldu) sayəsində Muxika Latın Amerikasında və onun hüdudlarından kənarda tanınmış siyasi xadimə çevrildi.
1970-ci ildə Muxika sui-qəsdin hədəfinə çevrildi, altı dəfə güllələndi və az qala öldürüldü.
Firuzə Əliyeva
Sfera.az