Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, yüzlərlə insan bayraqlarla avtomobil karvanı təşkil edərək gecə saatlarına qədər küçələrdə yürüşlər keçirib.


Həmçinin, suriyalılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə də təşəkkür ediblər.

 

Xatırladaq ki, 15 il öncə Suriyada Bəşər Əsəd rejiminə qarşı ABŞ və Avropa dövlətləri tərəfindən çoxlu iqtisadi və digər sanksiyalar tətbiq edilib. Suriyada rejim dəyişikliyindən sonra ABŞ hökuməti sanksiyaların ləğvi məsələsini təxirə salırdı. Tramp Yaxın Şərqə səfəri zamanı verdiyi açıqlamasında yaxın vaxtlarda həmin sanksiyaları ləğv edəcəyini bəyan edib. 


Bəsti Rəfizadə
Sfera.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR