"Putin İstanbula gəlməsə..." - Zelenskidən ÇAĞIRIŞ

"Putin İstanbula gəlməsə..." - Zelenskidən ÇAĞIRIŞ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi təqdirdə atəşkəs və bütün məhbusların mübadiləsini müzakirə etmək niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Liberation”a müsahibəsində bildirib.

 

“Əgər mən onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün məhbusların qarşılıqlı dəyişdirilməsi və ya buna bənzər bir razılaşma əldə olunmalıdır”, - Zelenski deyib.

 

O qeyd edib ki, ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcək. Buna görə də, Ukrayna prezidentinin sözlərinə görə, bütün razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər.

 

Zelenski müharibənin hər iki tərəfinin hörmətinə səbəb olacaq etibarlı və balanslaşdırılmış vasitəçiliyin vacibliyini vurğulayıb. Prezident ABŞ-ni mümkün qarant kimi göstərib. Zelenskinin fikrincə, Donald Trampın iştirakı Putini gəlməyə həvəsləndirə bilər.

 

“Putin gəlməsə, bu onun üçün tam məğlubiyyət kimi görünəcək”,- o qeyd edib.

 

Bundan əlavə, Zelenski Rusiya Federasiyasına, xüsusən də ABŞ və Avropa İttifaqına qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.

 

Münaqişənin müddəti ilə bağlı suala Zelenski bunları deyib:

 

"Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Amma on il yox. Ukrayna dözə bilməyəcək... Bu hamı üçün çoxdur, nəinki dostlar, həm də düşmənlər üçün", - o, yekunlaşdırıb.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR